Azərbaycan idmançıları döyüş sənətləri üzrə açıq Avropa çempionatında iştirak edirlər
Aprelin 23-də Ukraynanın Xarkov şəhərində döyüş sənətləri üzrə açıq Avropa çempionatına start verilib.

Yarışda ölkəmiz 17 idmançı ilə təmsil olunur. Çempionatda idmançılarımız şaolin sanda, şaolin full və peşəkar növlərdə güclərini sınayırlar.

Qeyd edək ki, Azərbaycan yığma komandası turnirdə Azərbaycan Şaolin və Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyev, peşəkar döyüşlər üzrə baş məşqçi Ruhi Hüseynov rəhbərliyi altında mübarizə aparır.

Xəbər 369 dəfə oxundu.