Azərbaycan gimnastı İvan Tixonov Avropa çempionatında çoxnövçülükdə finala yüksəlib
Gimnastımız İvan Tixonov İsveçrənin Bazel şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında çoxnövçülükdə finala yüksəlib.

Çempionatın ikinci günündə kişi gimnastlar arasında təsnifat yarışları keçirilib. Azərbaycanı Ağamurad Qəhrəmanov, İvan Tixonov və Nikita Simonov təmsil ediblər.

Uğurla çıxış edən İ.Tixonov çoxnövçülük proqramı üzrə finala yüksəlib. Onun altı hərəkət üzrə ümumi nəticəsi 81,432 xal olub.

Daha əvvəl qadınların yarışında gimnastımız Marina Nekrasova dayaqlı tullanma proqramında Avropa çempionatının finalına çıxıb.

Aprelin 25-dək davam edəcək qitə birinciliyində 38 ölkədən 268 idmançı iştirak edir.

Xəbər 347 dəfə oxundu.