Bu gün yunan-Roma güləşçiləri Avropa çempionatında mübarizəyə başlayırlar
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Yarışın beşinci günündə - aprelin 23-də yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Bu gün 3 güləşçimiz xalça üzərinə çıxacaq. Belə ki, Eldəniz Əzizli (55 kq) Nedyalko Petrov (Bolqarıstan), Taleh Məmmədov (63 kq) bolqarıstanlı Nikolay Viçev (Bolqarıstan), Sənan Süleymanov (77 kq) isə Harri Latvala (Finlandiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

Xəbər 348 dəfə oxundu.