Şahmatçımız Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirinin qalibi olub
Azərbaycan şahmatçısı Aydın Süleymanlı Monteneqronun Nikşiç şəhərində keçirilən “Vladimir Bato Kontiç” turnirində uğurla çıxış edib.

Gənc şahmatçımız 9 turdan 6,5 xal toplayaraq yarışın qalibi olub. İstedadlı şahmatçımız bu nəticə ilə həm də qrossmeyster balını toplayıb.

İsveçrə sistemi üzrə keçirilən yarışda 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı mübarizə aparıb.

Xəbər 391 dəfə oxundu.