“Vladimir Bato Kontiç”: Aydın Süleymanlı qələbənin bir addımlığında
Bu gün Monteneqronun Nikşiç şəhərində şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində sonuncu turun oyunları keçiriləcək.

İlk turdan üstünlüyü əlində saxlayan Azərbaycan şahmatçısı Aydın Süleymanlı qələbənin bir addımlığındadır. Təmsilçimiz sonuncu turda yerli idmançı Marko Krivokapic ilə qarşılaşacaq. Şahmatçımız ötən turların nəticəsinə görə 6 xalla turnir cədvəlinin vahid lideridir.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.

Xəbər 360 dəfə oxundu.