Güləşçimiz İrina Netreba Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Qadın güləşçimiz İrina Netreba Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz startda Belarus güləşçisi Tatyana Pavlovaya qalib gəlib. Təmsilçimiz dörddəbir finalda Bolqarıstan təmsilçisi Sofiya Georgiyeva üzərində də inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. İdmançımızın növbəti rəqibi ukraynalı güləşçi Tatyana Rijko olacaq. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medala sahib olublar.

Xəbər 370 dəfə oxundu.