Rəhman Hacıyev “Neftçi”yə qayıdacaq
Hazırda “Keşlə”də icarə əsasında çıxış edən Rəhman Hacıyev mövsüm başa çatandan sonra müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıdacaq.

Futbolçunun “Neftçi”də qalacağı və ya yenidən başqa kluba icarə veriləcəyi hələlik məlum deyil. Bununla bağlı yekun qərarı baş məşqçi Samir Abasov verəcək.

Qeyd edək ki, R.Hacıyev cari mövsümün əvvəlində icarə əsasında “Keşlə”yə keçib.

Xəbər 554 dəfə oxundu.