PSJ-nin prezidenti Avropa Klubları Assosiasiyasının rəhbəri seçilib
Fransanın PSJ futbol klubunun prezidenti Nasser Əl-Xəlafi Avropa Klubları Assosiasiyasının (ECA) rəhbəri seçilib.

Nasser Əl-Xəlafi bu vəzifədə Avropa Super Liqası ilə bağlı istefa vermiş “Yuventus”un prezidenti Andrea Anyellini əvəzləyib.

Qırx yeddi yaşlı Nasser Əl-Xəlafi PSJ-nin 2011-ci ildən rəhbəri olmaqla yanaşı, UEFA direktorlar şurasının üzvüdür. O, həmçinin “beIN Media Group”un baş icraçı direktorudur.

Xəbər 392 dəfə oxundu.