Kakanın sürpriz talibi var
Joze Maurinyunun yeni mövsümdə Madrid «Real»ının heyətində görmədiyi Kakaya sürpriz bir talib çıxıb. İdman.com.az saytının məlumatına görə, braziliyalı üçün MLS-dən «Nyu York Redd Bullz» meydana atılıb. Tyerri Anri və Rafael Markes kimi oyunçuları olan Nyu York təmsilçisinin Kaka ilə bağlı şansları ispan mətbuatı tərəfindən yüksək dəyərləndirilmir.

Braziliyalı ulduzun karyerasına Avropada davam etmək istəyi qeyd edilir. O, «Real»da ilə 10 milyon avro qazanır və daha az bir ödənişə Nyu Yorka getməsi çətin görünür. Üstəlik «Real» Kakanın transferindən 25 milyon avro qazanmağı düşünür.

Digər tərəfdən Kakanın meneceri Dieqo Kotço keçən ay «Vaşinqton Post»a verdiyi müsahibədə futbolçunun Amerikada yaşamaq və futbol oynamaq kimi bir xəyalı olduğunu söyləmişdi. Ancaq indi yox, gələcəkdə.
Kaka tətillərini əsasən Mayamidə keçirir və tez-tez ABŞ-a gedir.
Son olaraq vətənindən «Korintians»ın maraqlandığı Kakanı keçmiş klubu «Milan» da heyətinə qatmaq istəyir.

Xəbər 1035 dəfə oxundu.