Yaponiyada Olimpiya məşəli estafetində koronavirusa ilk yoluxma halı qeydə alınıb
Yaponiyada Olimpiya məşəli estafetində iştirak edən əməkdaşlardan birində koronavirusa yoluxma halı qeydə alınıb.

Yoluxma halı estafet Kaqava prefekturası ərazisindən keçərkən aşkar edilib.

Bildirilir ki, məşəl estafeti Kaqava prefekturası ərazisindən aprelin 17-18-də keçib. Xəstəliyə yoluxma halı estafet zamanı qaydaları qoruyan 30 yaşlı polis əməkdaşında aşkar edilib. Bu, məşəl estafetinin təhlükəsizliyini təmin edən personal arasında virusun müəyyən edildiyi ilk haldır.

Qeyd edək ki, Olimpiya məşəli estafeti martın 25-də Fukuşima prefekturasında başlayıb və 121 gün davam edərək, iyulun 23-də Olimpiadanın açılışı ilə başa çatacaq. Həmin müddət ərzində məşəlin 47 prefekturanın 859 bələdiyyəsinin ərazisindən keçəcəyi nəzərdə tutulur.

Xəbər 394 dəfə oxundu.