Azərbaycan gimnastı Marina Nekrasova Avropa çempionatının finalına yüksəlib
Azərbaycan təmsilçisi Marina Nekrasova İsveçrənin Bazel şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatının dayaqlı tullanma yarışlarında finala vəsiqə qazanıb.

M.Nekrasova dayaqlı tullanma üzrə təsnifat yarışlarında 13.983 xal toplayaraq dördüncü yeri tutub və həlledici mərhələyə yüksəlib.

Qeyd edək ki, aprelin 25-dək davam edəcək Avropa çempionatında 38 ölkədən 268 idmançı iştirak edir.

Xəbər 391 dəfə oxundu.