“Uilyams” Portuqaliya Qran-Prisi zamanı 100 pit-stop keçirməyi planlaşdırır
“Uilyams” komandası Formula 1 Portuqaliya Qran-Prisi zamanı 100 pit-stop keçirməyi planlaşdırır.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Komanda bu nailiyyəti bu ilin fevralında koronavirus səbəbindən dünyasını dəyişən Tom Murun xatirəsinə həsr edəcək.

Qeyd edək ki, 99 yaşında evinin ətrafında 100 dairə vurmaqla koronavirusla mübarizə aparmaq üçün İngiltərə Milli Səhiyyə Xidməti üçün 38,9 milyon funt sterlinqdən çox pul toplayan T.Mur Böyük Britaniyanın milli qüruruna çevrilib. Əvvəlcə, ona xərçəngdən sağalmaqda kömək edən Milli Səhiyyə Xidmətinin işçiləri üçün yalnız min funt toplamağı planlaşdıran Murun bu təşəbbüsü ictimaiyyətin böyük marağına səbəb olub. Aprelin 30-da T.Murun 101 yaşı olmalı idi. Portuqaliya Qran-Prisi elə həmin gün başlayır.

Xəbər 386 dəfə oxundu.