Azərbaycan idmançıları Ukraynada döyüş sənətləri üzrə açıq Avropa çempionatında iştirak edəcəklər
Aprelin 22-də Ukraynanın Xarkov şəhərində döyüş sənətləri üzrə açıq Avropa çempionatı start götürəcək.

Yarışda ölkəmiz 17 idmançı ilə təmsil olunacaq. Çempionatda idmançılarımız şaolin sanda, şaolin full və peşəkar növlərdə güclərini sınayacaqlar.

Azərbaycan yığma komandası turnirdə Azərbaycan Şaolin və Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyevin, peşəkar döyüşlər üzrə baş məşqçi Ruhi Hüseynovun rəhbərliyi altında mübarizə aparacaq.

Çempionata aprelin 26-da yekun vurulacaq.

Xəbər 396 dəfə oxundu.