Yeniyetmələrin XV Avropa Gənclər Qış Olimpiya Festivalı yenidən təxirə salınıb
Yeniyetmələrin XV Avropa Gənclər Qış Olimpiya Festivalı yenidən təxirə salınıb.

Vuokattidə 2021-ci ilin dekabrında baş tutması planlaşdırılan yarışın 2022-ci il martın 20-25-də keçirilməsi qərara alınıb. Qərarı Avropa Olimpiya Komitələri (AOK) və Finlandiya Milli Olimpiya Komitəsi qəbul edib.

Bununla yanaşı, qeyd edilib ki, Vuokattidəki festivalda bütün yarışlar 2022-ci ildə keçirilməyəcək. Belə ki, hokkey üzrə aparıcı komandaların iştirak edə bilməsi üçün bu növ üzrə yarışların 2021-ci ilin dekabrında təşkili planlaşdırılıb.

Qeyd edək ki, 14-18 yaşlı idmançıların qatılacağı yarışda 9 idman növü təmsil olunacaq.

Xəbər 393 dəfə oxundu.