Əhmədnəbi Qvarzatilov qitə birinciliyinin bürünc medalı uğrunda yarışacaq
Sərbəst güləşçimiz Əhmədnəbi Qvarzatilov Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

Turnirdə 61 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz startda Almaniya güləşçisi Viktor Lizenə vaxtından əvvəl qalib gəlib. Dörddəbir final mərhələsinə yüksələn güləşçimizin ukraynalı Andrey Celepə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ə.Qvarzatilov təsəlliverici görüşdə iştirak edib. Bu gün keçirilən görüşdə Vladimir Yeqorovu (Şimali Makedoniya) üstələyən güləşçimiz bürünc medal uğrunda xalça üzərinə çıxacaq. Bu gün baş tutacaq görüşdə Ə.Qvarzatilovun rəqibi Gürcüstan idmançısı Beka Lomtadze olacaq.

Bu gün daha bir sərbəst güləşçimiz - Osman Nurməhəmmədov (92 kq) da üçüncü yer uğrunda yarışacaq. Təmsilçimiz ukraynalı Andril Vlasov ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib olublar.

Xəbər 310 dəfə oxundu.