“Vladimir Bato Kontiç” turniri: Şahmatçımız Aydın Süleymanlı daha bir turu məğlubiyyətsiz başa vurub
Monteneqronun Nikşiç şəhərində start götürən şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində 7-ci turun oyunları keçirilib.

Azərbaycan şahmatçısı Aydın Süleymanlının yerli şahmatçı Luka Draskoviclə oyunu heç-heçə ilə başa çatıb. Təmsilçimizin ötən turlarda 3 oyunu qələbə ilə başa çatıb. Dörd oyunda isə heç-heçə qeydə alınıb. Şahmatçımız 7 turun nəticəsinə görə 5 xalla birinci pillədədir.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.

Xəbər 370 dəfə oxundu.