Gələn il Vyanada UEFA-nın Konqresi keçiriləcək
2022-ci ildə UEFA İcraiyyə Komitəsinin növbəti iclası və Konqresi Vyana şəhərində keçiriləcək.

Bu barədə qərar UEFA-nın hazırda İsveçrənin Montrö şəhərində keçirilən konqresində qəbul edilib. Avstriya Futbol Federasiyaları Assosiasiyasının (ÖFB) prezidenti Leo Vintner mətbuat açıqlamasında son 7 ildə ikinci dəfə konqresin Vyanada keçirilməsini Avstriyaya verilən yüksək dəyər kimi qiymətləndirib, paytaxt şəhərin bu mötəbər tədbirə ev sahibliyi edəcəyindən qürur duyduğunu bildirib.

UEFA-nın ali orqanı olan Konqresdə təşkilata üzv 55 federasiya təmsil olunur. Konqresin ilk toplantısı1955-ci ildə məhz Vyanada baş tutub və indiyədək burada dörd konqres keçirilib.

Xəbər 380 dəfə oxundu.