Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə - aprelin 21-də qadın güləşçilər mübarizə qoşulacaqlar.

Güləşçilərimizdən Mariya Stadnik (50 kq) Yekaterina Poleşçuk (Rusiya), Elis Manolova (68 kq) isveçli Tindra Syoeberq (İsveç), Səbirə Əliyeva (76 kq) isə Estoniya idmançısı Epp Maee ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib olublar.

Xəbər 373 dəfə oxundu.