Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirində mübarizəni inamla davam etdirir
Monteneqronun Nikşiç şəhərində start götürən şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində 6-cı turun oyunları keçirilib.

Azərbaycan şahmatçısı Aydın Süleymanlı növbəti oyununda amerikalı şahmatçı Hans Moke Niemann ilə heç-heçə edib. Şahmatçımız 4,5 xalla turnir cədvəlində liderliyini davam etdirir.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla 20 şahmatçı iştirak edir.

Xəbər 341 dəfə oxundu.