«Fənərbağça»nın gündəmində Heytinqadır
«Fənərbağça»da yeni stopper namizədi Con Heytinqadır. İdman.com.az saytının məlumatına görə, uzun müddətdir «Everton»la Yobonun dəyərində bazarlıq edən İstanbul klubu niderlandlı stopper üçün də ingilis klubunun qapısını döyüb.

«Sarı-lacivərdlilər»in yeni transferi Dirk Küytlə eyni menecerə bağlı olan Heytinqa üçün «Everton»la artıq görüşlər keçirilməyə başlanıb. «Fənərbağça» onun təxminən 9 milyon avro olan dəyərində bir qədər endirim edilməsi halında bu futbolçunu heyətinə qatmaq istəyir.
Daha öncə «Ayaks» və «Atletiko»nun da formalarını geyinmiş 28 yaşlı futbolçu Niderland millisində 60 oyun keçirib.

Digər yandan alman klubu «Hamburq»un idman direktoru Frank Arnesen «Barselona» ilə oynadıqları matçdan sonra «Fənərbağça» ilə əlaqədar bir şərh verib. Arnesen Zaqreb «Dinamo»sunda oynayan serb yarımmüdafiəçi Milan Badelji transfer etmək istədiklərini, amma «Fənərbağça»nın da bu futbolçu ilə ciddi şəkildə maraqlandığını söyləyib. Küytlə bağlı da «Fənərbağça» ilə «Hamburq» qarşı-qarşıya gəlmişdilər və o zaman türklər almanların həftələrcə məşğul olduğu niderlandlı futbolçunun transferini bir neçə gün içində həll etmişdilər.

Xəbər 1208 dəfə oxundu.