Güləşçimiz Osman Nurməhəmmədov Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Sərbəst güləşçimiz Osman Nurməhəmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda yarışacaq.

Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz ilk görüşdə alman idmançı Robin Ferdinand üzərində inamlı qələbə qazanıb. Dörddəbir finalda təmsilçimiz Bolqarıstan güləşçisi Axmed Maqamayevdən üstün olub. Yarımfinala yüksələn güləşçimiz Rusiya təmsilçisi Maqomed Kurbanova məğlub olub. Bürünc medal uğrunda görüşdə güləşçimizin rəqibi Andril Vlasov (Ukrayna) - Radoslav Marçinkieviç (Polşa) cütünün qalibi olacaq. Bu çəki dərəcəsində medal görüşləri aprelin 21-də keçiriləcək.

Qeyd edək ki, bu gün millimizin üzvlərindən Turan Bayramov (70 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) bürünc medal uğrunda xalça üzərinə çıxacaqlar.

Xəbər 365 dəfə oxundu.