Araz Abdullayevin komandası Türkiyə Birinci liqasında növbəti qələbəsini qazanıb
Türkiyə Birinci liqasında 31-ci tura yekun vurulub.

Azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Boluspor” bu tur səfərdə “Bandirmaspor”la qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

A.Abdullayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Komandasının 3-cü qolunun ötürməsini də futbolçumuz verib.

Hazırda 38 xalı olan “Boluspor” 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər 367 dəfə oxundu.