Azərbaycan Basketbol Federasiyasının əməkdaşı “FIBA Avropa”nın videokonfransında iştirak edib
Avropa Basketbol Federasiyasının (FIBA Avropa) təşəbbüsü ilə təşkilatın üzvü olan bir sıra milli federasiyaların iştirakı ilə növbəti videokonfrans keçirilib.

Konfransda üzv ölkələrdə koronavirus pandemiyasının dinamikası, mövcud vəziyyət və milli federasiyaların fəaliyyəti müzakirə edilib.

Çıxış edən Azərbaycan Basketbol Federasiyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov ölkəmizdə mövcud vəziyyət, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər və federasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

İki saat davam edən onlayn konfransda Avropanın milli basketbol federasiyalarının rəsmiləri ilə yanaşı, Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zagklis, “FIBA Avropa”nın prezidenti Turqay Dəmirəl, birinci vitse-prezident Jan-Pier Suitat, vitse-prezidentlər Karmen Tocala və Con Qonsalves, icraçı direktor Kamil Novak iştirak ediblər.

Xəbər 399 dəfə oxundu.