“Pekin-2022” Olimpiadasının baş tutacağı idman obyektlərində test yarışları keçirilib
“Pekin-2022” Qış Olimpiya Oyunlarının təşkilat komitəsi 10 gün ərzində Oyunların baş tutacağı beş idman obyektində yeddi yarış keçirib.

Bu tədbirlər yarışların təşkilatçılıq səviyyəsini, Oyunların keçiriləcəyi arenaların vəziyyətini, könüllülərin işini və təhlükəsizliyi yoxlamaq məqsədilə təşkil edilib.

Pekin təcrübəsi adı altında keçirilən tədbirlərdə, təxminən 700 peşəkar və həvəskar idmançı həmçinin, mindən çox könüllü iştirak edib. Test yarışlarının ən vacib sahələrindən biri koronavirus əleyhinə tədbirlərin hazırlanması olub.

Xəbər 383 dəfə oxundu.