“Sumqayıt” klubu Vüqar Mustafayevə yeni müqavilə təklif edib
“Sumqayıt” klubu transfer fəaliyyəti zamanı hazırkı heyətini də qorumağa çalışacaq.

“Sumqayıt” artıq mövsümün sonunda müqaviləsi başa çatacaq bəzi futbolçulara danışıqlara başlayıb. Belə futbolçulardan biri də Vüqar Mustafayevdir. Cari mövsüm yaxşı təsir bağışlayan və milli komandaya dəvət alan futbolçuya yeni müqavilə təklif edilib. Futbolçunun bu təklifə hansı cavabı verəcəyi hələlik məlum deyil.

Xəbər 369 dəfə oxundu.