Futzal üzrə U-19 Avropa çempionatının finalına İspaniya ev sahibliyi edəcək
On doqquz yaşadək futzalçılar arasında 2022-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunları İspaniyadakı “Olivo Arena”da keçiriləcək.

Bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Arena 6 min 500 azarkeş tutumuna malikdir.

Mərhələlər üzrə keçiriləcək oyunların təqvimi də məlumdur:

İyulun 7-də turnirin ilkin mərhələsinin püşkü atılacaq. Noyabrın

2-7-də ilkin mərhələnin oyunları keçiriləcək. Gələn il martın 15-20-də əsas, sentyabrın 3-10-da isə final mərhələsinin görüşləri təşkil olunacaq.

Final mərhələsində qalib adı uğrunda yenə 8 komanda iki qrupda mübarizə aparacaq.

Qeyd edək ki, bu yaş qrupu üzrə ilk qitə birinciliyi 2019-cu ildə Latviyanın Riqa şəhərində təşkil olunub. Qalib isə İspaniya futzalçıları olublar. Təqvim üzrə ikinci yarış bu il keçirilməli idi. Amma COVID-19 pandemiyası ilə əlaqədar turnir bir il sonraya ertələnib.


Xəbər 353 dəfə oxundu.