Şahmatçımız Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirində uğurlu çıxışını davam etdirir
Monteneqronun Nikşiç şəhərində start götürən şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində 5-ci turun oyunları keçirilib.

Azərbaycan şahmatçısı Aydın Süleymanlı onunla eyni xala malik olan belçikalı Daniel Dardanı məğlub edərək 4 xalla turnir cədvəlinin şəriksiz lideri olub.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.

Xəbər 360 dəfə oxundu.