Millimiz "Sumqayıt"a yoxlama oyununda məğlub olub
Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

“Sumqayıt”ın əvəzedici heyəti ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub.

U-18-in heyətində Ağadadaş Salyanski fərqlənib.

Millimiz hazırlıq çərçivəsində növbəti oyununu aprelin 21-də Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”a qarşı keçirəcək.

Xəbər 2539 dəfə oxundu.