UEFA aprelin 23-də Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin yekun siyahısını təsdiqləyəcək
UEFA aprelin 23-də futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin yekun siyahısını təsdiqləyəcək.

Bunu UEFA prezidenti Aleksander Çeferin bildirib.

O, son qərarın həftənin beşinci günü, ev sahibliyindən kənarlaşdırılmaq ehtimalı olan 3 şəhərlə məsləhətləşmədən sonra veriləcəyini vurğulayıb.

Qeyd edək ki, Avropa çempionatının “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

Xəbər 384 dəfə oxundu.