“Avro-2020”nin Könüllü Kuboku” turnirinin təqvimi müəyyənləşib
AFFA-nın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan könüllü təşkilatları arasında keçiriləcək futbol üzrə “Avro-2020”nin Könüllü Kuboku” turnirinin təqvimi müəyyənləşib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, 16 komandanın mübarizə aparacağı turnirə aprelin 20-da start veriləcək.

Səkkizdəbir final mərhələsindən start götürəcək yarışa aprelin 29-da keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Turnirin səkkizdəbir final mərhələsi çərçivəsində aprelin 20-də Turizm Könüllüləri - Avro 2020, Aqrar İnkişaf - Host City, DOST - Böyük Qayıdış, RİİB – AFFA, ertəsi gün isə ASAN - Miqrasiya Könüllüləri, Gənc Könüllülər - Könüllü Gömrükçü, Davam Gənclər Hərəkatı - Nəqliyyat Könüllüləri və Bir Könüllü - Formula 1 matçları keçiriləcək.

Xəbər 380 dəfə oxundu.