Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Əməkdar məşqçi Yaqub Məmmədovla görüşüb
Azərbaycan Güləş Federasiyasının (AGF) idman şöbəsinin müdiri Yaqub Məmmədovun 75 yaşı tamam olub. Bu münasibətlə AGF-nin prezident əvəzi Namiq Əliyev aprelin 19-da yubilyar ilə görüşüb.

Ona ən xoş arzularını çatdıran federasiyanın rəhbəri Azərbaycan güləşinin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib. Öz növbəsində təbrikə görə N.Əliyevə və federasiyanın kollektivinə minnətdarlığını bildirən Y.Məmmədov ən böyük arzusunun qarşıdan gələn Olimpiadada güləşçilərimizin uğurlu çıxış etməsinin olduğunu dilə gətirib.

Qeyd edək ki, SSRİ-nin İdman ustası və Əməkdar məşqçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi olan Y.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə, eləcə də FILA-nın fəxri nişanı ilə təltif olunub. O, müxtəlif illərdə sərbəst və qadın güləşi üzrə yığmalarımızda baş məşqçi kimi fəaliyyət göstərib. Namiq Abdullayev məhz onun rəhbərliyi altında Sidney Olimpiadasının qalibi olub.

Xəbər 354 dəfə oxundu.