“Gimnastika hamı üçün” foto-müsabiqəsinin qalibləri müəyyənləşib
Azərbaycan Gimnastika Federasiyasının (AGF) öz sosial şəbəkə hesablarında elan etdiyi “Gimnastika hamı üçün” foto-müsabiqəsi yekunlaşıb.

Müsabiqədə iştirak etmək üçün ailə üzvləri, dostlar və ən yaxın insanlarla birlikdə orijinal şəkil çəkdirib “#GimnastikaBizimləAGF” həştəqi ilə paylaşmaq və ya təqdim olumuş e-mail ünvanına göndərmək lazım idi.

Qaliblər 25 şəkil sahibi arasında seçilib və 3 kateqoriya üzrə müəyyənləşib - “ailəvi”, “uşaqlar” və qarışıq tərkibdə.

“Ailəvi” kateqoriya üzrə Bakı təmsilçiləri – Həmid Qasımov, Toğrul Qasımov və Xədicə Məmmədova, “uşaqlar” kateqoriyasında İsmayıllı təmsilçiləri Ayan Oruclu, Rizvan Oruclu və İsmayıl Oruclu, qarışıq tərkibdə isə Mingəçevir təmsilçiləri Samir Abdullayev, Zəhra Abdullazadə və Ziya Abdullazadə qalib gəliblər.

Xəbər 361 dəfə oxundu.