Güləşçimiz Əli Rəhimzadə Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Sərbəst güləşçimiz Əli Rəhimzadə Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib.

Turnirdə 65 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz startda erməni güləşçi Gevorq Tadevosyanı məğlub edib. Daha sonra gürcüstanlı Şmaqi Todua ilə qarşılaşan Ə.Rəhimzadə xalçadan qalib ayrılıb və yarımfinala adlayıb.

Millimizin digər üzvləri Əfqan Xaşalov (57 kq), Turan Bayramov (70 kq) və Şamil Zubairov (97 kq) Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəliblər.

Yarışın proqramına əsasən, aprelin 19-21-də sərbəst, 21-23-də qadın, 23-25-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyur.

Xəbər 367 dəfə oxundu.