Azərbaycan batutçuları “Trampoline Hopes Cup” adlı beynəlxalq turnirdə uğurla çıxış ediblər
Batut gimnastikası üzrə onlayn keçirilmiş “Trampoline Hopes Cup” adlı beynəlxalq turnirin qalibləri müəyyənləşib.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi 11-12 yaş qrupunda Ammar Baxşalıyev, 13-14 yaş qrupunda Maqsud Mahsudov və Hüseyn Abbasov, böyüklər arasında isə Selcan Mahsudova təmsil ediblər.

Perspektivli batutçularımız 20 ölkədən 300-dən çox idmançının iştirak etdiyi bu turnirdən tam bir medal dəstini qazanıblar. Belə ki, A.Baxşalıyev birinciliyi əldən verməyib. 13-14 yaşlı gimnastlar arasındakı təmsilçilərimiz – M.Mahsudov və H.Abbasov müvafiq olaraq 1 və 2-ci yerləri öz aralarında bölüşdürüblər. Böyüklər arasında çıxış edən gimnastımız S.Mahsudov da komanda yoldaşlarından geri qalmayıb. O, bu yarışda üçüncü olub.

Xəbər 374 dəfə oxundu.