Şahmatçımız “Vladimir Bato Kontiç” turnirində liderliyini davam etdirir
Monteneqronun Nikşiç şəhərində start götürən şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində ikinci və üçüncü turun oyunları keçirilib.

Azərbaycan şahmatçısı Aydın Süleymanlının hər iki turdakı oyunları heç-heçə ilə başa çatıb. Təmsilçimiz 3 xalla turnir cədvəlində liderliyini davam etdirir.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.

Xəbər 357 dəfə oxundu.