Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) taekvando idman növü üzrə komandası təlim-məşq toplanışında iştirak etmək üçün Özbəkistana yola düşüb.

Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 6 parataekvondoçumuz aprelin 25-dək Daşkənddə hazırlıq prosesində iştirak edəcək.

Təlim-məşq toplanışı mayın 9-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa təsnifat oyunlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 474 dəfə oxundu.