Azərbaycan paraatletləri İtaliyada iki qızıl medal qazanıblar
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə idmançıları İtaliyanın Cesolo şəhərində keçirilən dünya Qran-Prisində uğurla çıxış ediblər.

Turnirdə T12 kateqoriyasında iştirak edən Kamil Əliyev uzunluğa tullanma növündə 6,98 metr nəticə göstərərək qızıl medal qazanıb.

Millimizin digər üzvü, T13 kateqoriyasında mübarizə aparan Orxan Aslanov uzunluğa tullanma yarışlarında 6,78 metrlik nəticə ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, K.Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziyasını artıq təmin edib. O.Aslanov isə Paralimpiadaya lisenziya qazanmaq şansını artırıb.

Xəbər 374 dəfə oxundu.