Fateh Təkkə keçmiş komandasına qayıdır
«Trabzonspor» köhnə yetirməsini müqaviləyə imza atdırmağa hazırlaşır. Transfer işlərinə davam edən klub 2006-cı ildə yollarını ayırdığı Fateh Təkkəni heyətinə qatmaq üzrədir. İdman.com.az saytının məlumatına görə, Təcrübəli oyunçuyla görüşən baş məşqçi Şenol Günəş hücumçunu Trabzona çağırıb.

Klub rəhbərliyi ötən aylarda «Orduspor»la müqaviləsinə qarşılıqlı son qoyan keçmiş oyunçusuna 2 illik müqavilə təklif edəcək. Tərəflərin razılaşması halında Fateh Təkkə yaxın günlərdə «Trabzonspor»la müqaviləyə imza atacaq.

Bu arada Niderlandda davam etdirdiyi təlim-məşqlərini tamamlayan «Trabzonspor», ikinci mərhələ çalışmalarını Almaniyada reallaşdıracaq. Trabzonlular Almaniyada 3 oyun keçirəcək. Türk klubu iyulun 29-da İtaliyanın 3-cü liqasından «Sudtirol», avqustun 2-də alman «Fürt»ü və 4-də İngiltərə təmsilçisi «Kuirnz Park Reyncers»lə qarşılaşacaq.

Xəbər 1492 dəfə oxundu.