Ruslan Malinovskinin qolu sayəsində “Atalanta” klubu “Yuventus”u məğlub edib
Aprelin 18-də futbol üzrə İtaliya A Seriyasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Maraq doğuran görüşdə “Atalanta” klubu son çempion “Yuventus” komandasını qəbul edib. Görüş 1:0 hesabı ilə “Atalanta”nın qələbəsi ilə başa çatıb. Oyunda yeganə qol matçın son dəqiqələrində (87-ci) vurulub. Qolun müəllifi Ukrayna milli komandasının futbolçusu Ruslan Malinovski olub. Onun uzaq məsafədən vurduğu zərbə qolla nəticələnib.

Bu qələbə sayəsində "Atalanta" xal ehtiyatını 64-ə çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşan "Yuventus"u iki xal qabaqlayıb.

Xəbər 375 dəfə oxundu.