Avropa çempionatının son günündə 4 cüdoçumuz mübarizəyə qoşulub
Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatının son yarış günündə Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulub.

Kişilər arasında ağır çəkili cüdoçularımız - Elmar Qasımov belaruslu Toma Nikiforov, Zelim Kotsoyev (hər ikisi 100 kq) avstriyalı Ayron Fara və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) avstriyalı Daniel Allerstorfer-gürcüstanlı İvan Koviç cütünün qalibləri ilə ilk qarşılaşmalarını keçirəcəklər.

Qadın cüdoçumuz İrina Kindzerska (78 kiloqramdan yuxarı) isə Fransa təmsilçisi Lea Fontaine ilə üz-üzə gələcək.

Qeyd edək ki, hələlik komandamızın aktivində 1 medal var. Belə ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov bürünc medal qazanıb.

Qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır. Yarışda Azərbaycanı 9 idmançı təmsil edir.

Xəbər 385 dəfə oxundu.