Şahmatçımız Aydın Süleymanlı “Vladimir Bato Kontiç” memorialında liderliyi ələ keçirib
Monteneqronun Nikşiç şəhərində start götürən şahmat üzrə “Vladimir Bato Kontiç” memorialının ikinci turunun oyunları keçirilib.

Turnirə qələbə ilə start verən Azərbaycan şahmatçısı Aydın Süleymanlı Ukrayna təmsilçisi Yuliya Osmakı üstələyərək aktivinə daha bir xal yazdırıb. Aydın Süleymanlı 2 xalla turnir cədvəlində liderliyi ələ keçirib.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.

Xəbər 356 dəfə oxundu.