“Universiada-2023”də 11 min idmançı iştirak edəcək
Yekaterinburqda keçiriləcək “Universiada-2023”də iştirak edəcək idmançıların sayı 11 min nəfərə çatacaq.

Bunu Rusiyanın Baş nazirinin müavini Dmitri Çernışenko Yekaterinburqa səfəri zamanı jurnalistlərə bildirib.

O qeyd edib ki, yarım milyondan çox qonağı, 11 min idmançını qəbul edəcək Universiadanın yüksək səviyyədə və təhlükəsizlik şəraitində keçirilməsi üçün bütün tədbirlər görülür.

Xatırladaq ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Xəbər 482 dəfə oxundu.