Cüdoçumuz Kəramət Hüseynov bürünc medal uğrunda mübarizə aparacaq
Portuqaliyanın paytaxtı Lissabonda start götürən Avropa çempionatında Azərbaycan cüdoçusu Kəramət Hüseynov bürünc medal uğrunda mübarizə aparacaq.

Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz təsəlliverici görüşdə italiyalı Anjelo Pantanonu məğlub edərək üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onun bu mərhələdə rəqibi Bolqarıstan təmsilçisi Yanislav Qerçev olacaq.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.

Xəbər 390 dəfə oxundu.