Sambo üzrə Avropa çempionatının vaxtı dəyişdirilib
Kiprin Limassol şəhərində keçirilməsi planlaşdırılan və Azərbaycan samboçularının da iştirak edəcəkləri Avropa çempionatının vaxtı dəyişdirilib.

Turnirin planlaşdırıldığı vaxtdan bir həftə sonra – mayın 26-29-da keçirilməsi qərara alınıb. Belə ki, yeniyetmə və gənclər mayın 26-27-də, böyüklər isə ayın 28-29-da qitə çempionatında mübarizə aparacaqlar. Yarışın vaxtı koronavirus pandemiyası səbəbindən dəyişdirilib.

Xəbər 619 dəfə oxundu.