Həvəskarlar arasında Avropa çempionatının birinci mərhələsində şahmatçımız üçüncü yeri tutub
Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə həvəskar şahmatçılar arasında Avropa çempionatı start götürüb.

Turnirin “A” qrupunda (100-1400 reytinq) mübarizə aparan təmsilçimiz Dinarə Hüseynova ümumi hesabda 9 turdan 7,5 xal toplayaraq 3-cü, qızlar arasında birinci yeri tutub. Onunla eyni xalı toplayan Ləman Nağıyeva ümumi hesabda 5-ci, qızlar arasında ikinci, Eldar Laçınov 7-ci olub. Şahmatçılarımızdan Yusif Rəsulov, Xanım İsmayılova 6,5, Aytac Məmmədova, Nuray Məmmədli 5,5 xal toplayaraq ilk 100-lükdə yer alıblar və növbəti mərhələyə vəsiqə qazanıblar.

Növbəti mərhələ “B” qrupu çərçivəsində 1401-1700 reytinqli şahmatçılar arasında aprelin 17-18-də keçiriləcək.

Xəbər 362 dəfə oxundu.