Beşinci İslam Həmrəylik Oyunları təxirə salına bilər
İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə komitəsinin toplantısı keçirilib.

Milli Məclisin deputatı, İHİF İcraiyyə Komitəsinin üzvü, İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva toplantıda iştirak edib.

K.Nurullayeva bildirib ki, ənənəvi görüşdə həmçinin, İHİF-in prezidenti Şahzadə Əbdüləziz Al-Saud, Türkiyənin Gənclər və İdman naziri Mehmet Kasapoğlu, Konyada keçiriləcək V İslam Həmrəylik Oyunlarının Koordinasiya Komitəsinin sədri və İslam dövlətlərinin Olimpiya komitələrinin rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə əsas müzakirə mövzusu pandemiyanın oyunlara təsiri həmçinin, beynəlxalq idman tədbirinin keçirilmə vaxtının və məkanının dəyişdirilməsi olub. Pandemiya səbəbindən Konyada keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının 2021-ci il üçün təxirə salınması, eyni zamanda ilk dəfə olaraq Afrika qitəsindən Kamerunun 2025-ci il üçün namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlərin təqdim edilməsi məsələləri ətrafında müzakirə aparılıb.

Xəbər 403 dəfə oxundu.