Makqreqorla Porye iyulun 10-da üçüncü dəfə qarşılaşacaq
Konor Makqreqorla Dastin Porye arasında UFC-də 3-cü döyüşün keçiriləcəyi elan edilib.

Görüş iyulun 10-da Las-Veqasda təşkil olunacaq. Döyüşün baş tutacağı “T-Mobile” arenasına 20 min azarkeşin buraxılacağı gözlənilir.

Bu, tərəflər arasında 3-cü döyüş olacaq. İrlandiyalı ilə kanadalı idmançı ilk dəfə 2014-cü ildə üz-üzə gəlib və Konor rəqibini 1-ci raundda nokautla məğlub etmişdi. Bu ilin yanvarında keçirilən ikinci görüşdə isə Porye Makqreqoru 2-ci raundda təslim olmağa vadar etmişdi. Maraqlıdır ki, aprelin 12-də mətbuata açıqlama verən Konor Dastinlə döyüşməyəcəyini söyləmişdi.

Xatırladaq ki, 32 yaşlı Makqreqor bu günə qədər keçirdiyi görüşlərdə 22 qələbə qazanıb və 5 dəfə məğlub olub. Onunla yaşıd olan Porye isə 27 qarşılaşmada qalib gəlib, 6-sında isə uduzub.

Xəbər 367 dəfə oxundu.