Dünya birinciliyi: Bu gün daha 3 boksçumuz rinqə çıxacaq
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Bu gün boksçularımızdan Elmir Novruzov (64 kq) Darian Kastro (Kuba), Cəfər Heydərli (75 kq) bolqarıstanlı Villiam Çolov, Murad Allahverdiyev (81 kq) İtaliya təmsilçisi Domeniko Vingiquerra ilə mübarizə aparacaqlar. Hər üç idmançımız onaltıdabir finaldan yarışa qatılacaqlar.

Dünya birinciliyində 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu iştirak edir və yarış aprelin 23-dək davam edəcək.


Xəbər 410 dəfə oxundu.