Kross qaçışı üzrə Bakı çempionatına start verilib
Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatına start verilib.

Azərbaycan Atletika Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda yeniyetmələr, gənclər və böyüklər iştirak edirlər.

Yarışda 80-ə yaxın qız və oğlan atlet 8 məsafə üzrə mübarizə aparırlar.

Yarışda qalib gələn idmançılar respublika çempionatına vəsiqə qazanacaqlar.

Xəbər 429 dəfə oxundu.