UEFA səfər qolu qaydasını ləğv edə bilər
UEFA Avropa futbolunda tarixi qərar qəbul etməyin bir addımlığındadır.

UEFA Çempionlar Liqası və Avropa Liqasının növbəti mövsümündə səfər qolu qaydasını ləğv etmək qərarı alıb. Belə ki, səfər qolları ikinci hissə ərzində keçərli olacaq. Bərabər hesabdan sonra qarşılaşmalara əlavə vaxt təyin edilərsə, səfər qolları qaydası bir məna kəsb etməyəcək.

Səfər qolu qaydası iki komanda arasında keçirilən oyunlar sonrası bərabərliyi pozmaq üçün istifadə edilir. İki oyunun nəticəsi heç-heçə ilə bitərsə, səfərdə ən çox qol vuran komanda qalib gəlir.

Xəbər 367 dəfə oxundu.